"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa - Uçuşlara Başlayır

"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa - Uçuşlara Başlayır
Xəbərlər 3 May 2021 14:46 410
"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa - Uçuşlara Başlayır

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

Seyyah.az xəbər verir ki, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR