AZAL bu tarixdən Rusiyanın kurort şəhərinə xüsusi reyslərə - Başlayır

AZAL bu tarixdən Rusiyanın kurort şəhərinə xüsusi reyslərə - Başlayır
Xəbərlər 4 May 2021 10:38 390
AZAL bu tarixdən Rusiyanın kurort şəhərinə xüsusi reyslərə - Başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti mayın 30-dan Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Seyyah.az xəbər verir ki, “Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək”, - deyə aviaşirkətin məlumatında bildirilir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda AZAL Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır.

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir.

Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində, həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

OXŞAR XƏBƏRLƏR