Norilsk-Ufa-Bakı istiqamətində uçuşlar - Başlayacaq

Norilsk-Ufa-Bakı istiqamətində uçuşlar - Başlayacaq
Xəbərlər 4 May 2021 10:39 395
Norilsk-Ufa-Bakı istiqamətində uçuşlar - Başlayacaq

Rusiyanın "NordStar" aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə uçuşlara başlayır.

Seyyah.az xəbər verir ki, aviareyslər mayın 21-dən həyata keçiriləcək.

"NordStar" aviaşirkətin saytında artıq biletlər satışa çıxarılıb. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçiriləcək. Təyyarə yerli vaxtla Norilskdən 11:15 qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq. Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatacaq.

Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxacaq, Ufaya 22:35-də çatacaq, Ufadan isə şənbə günü gecə 01:50-də qalxacaq və 07:15-də Norilskə çatacaq.

Məlumatda deyilir ki, Azərbaycana uçuşa yalnız Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərin əməkdaşlarına və ailə üzvlərinə, Azərbaycan vətəndaşlarının ailə üzvü olan xarici vətəndaşlara, Azərbaycanda işləməyə icazə verilən xarici vətəndaşlara, Azərbaycanda təhsil alan şəxslərə, həmçinin Nazirlər Kabinetinin Qərargahından xüsusi icazəsi olan xarici vətəndaşlara icazə verilir.

Bundan əlavə, Azərbayacana gələn sərnişinlər koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olmalıdır. (Report)

OXŞAR XƏBƏRLƏR