Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 2 Dəfə Artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 2 Dəfə Artıb
Xəbərlər 6 May 2021 14:16 461
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 2 Dəfə Artıb

Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 5 287 nəfər təşkil edib.

Seyyah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 2 737 nəfər və yaxud 1,9 dəfə çoxdur.

Yanvar-aprel aylarında isə Gürcüstan Azərbaycandan 16 601 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 248 139 nəfər və yaxud 93,7 % azdır. Hesabat dövründə Azərbaycan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı baxımından Türkiyə, Ermənistan və Rusiyadan sonra IV yeri tutub.

İlk dörd ayda qonşu ölkəyə səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı 220 466 nəfərə (-84 %) bərabər olub.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR