Qarabağın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına - Başlanıb

Qarabağın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına - Başlanıb
Xəbərlər 16 May 2021 19:10 405
Qarabağın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına - Başlanıb

Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində iştirak edir.

Seyyah.az xəbər verir ki, bu barədə  Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, bu, ölkəmizin koronavirus (COVID-19) pandemiyası başlayandan bəri beynəlxalq turizm sərgilərində ilk canlı iştirakıdır: “İndiyə qədər biz sərgilərdə yalnız onlayn təmsil olunurduq, bu dəfə isə canlı iştirak edirik. Azərbaycan stendində Qarabağın, o cümlədən Şuşa şəhərinin turizm potensialı ilə bağlı ilk dəfə məlumat var. Ona sərgi iştirakçıları böyük maraq göstərir".

 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR