Аşağı baxmaq istəyən 9,6 dollar ödəməlidir - “Musiqili göy gəzintisi”

Çində dünyanın ən uzun və ən qorxulu şüşə yolunun inşası başa çatıb
Xəbərlər 30 May 2015 00:00 1556
Аşağı baxmaq istəyən 9,6 dollar ödəməlidir - “Musiqili göy gəzintisi”

Çində qaya boyunca şüşədən salınmış gəzinti cığırı ictimaiyyətin istifadəsinə verilib. Seyyah.az xarici mətbuata istinadən xəbər verir ki, Çindəki Çunsin vilayətində dünyanın ən uzun və ən qorxulu şüşə yolunun inşası başa çatıb. Şüşə cığır üstündə gəzənlərin addımlarına uyğun musiqi notlarını səsləndirir.

İkiqat şüşədən hazırlanmış cığır Şinyujay Milli Geoloji Parkında bir dağ boyunca 180 metr uzanır. Çığırda qurulmuş təzyiq sensorları şüşə döşəmənin üstündə gəzdikcə 70 müxtəlif not səsləndirir. Cığırı axıradək getməyə cəsarəti çatanlar avtomatik olaraq həm də musiqi “bəstələmiş” olurlar.

Nal formasındakı yol eyni vaxtda 200 nəfərin ağırlığına hesablanıb. Körpüdə duraraq aşağı baxmaq istəyən turist 60 yuan və ya 9,6 dollar ödəməlidir.

İnşasına 2014-cü ilin martında başlanmış yolun tikintisi 5,6 milyon dollara başa gəlib.

OXŞAR XƏBƏRLƏR