Bakı-Riqa aviareysi açılacaq

Latviyanın “Airbaltic” aviaşirkəti iyunun 8-dən etibarən Riqa-Bakı-Riqa aviareysinin həyata keçirilməsinə başlayacaq.
Xəbərlər 1 Iyun 2015 00:00 1316
Bakı-Riqa aviareysi açılacaq

Seyyah.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib. Bakıdan ilk reys iyunun 8-də 04:20-də həyata keçiriləcək. Uçuşlar hələ ki, mövsümi xarakter daşıyır və hər həftənin bazar ertəsi günü reallaşdırılacaq. Biletlərin qiyməti tək gediş üçün 226 manat, gediş-dönüş üçün isə 378 manatdır. Uçuşlar "Boing 737" layneri ilə yerinə yetiriləcək.

OXŞAR XƏBƏRLƏR