7 mehmanxanaya lisenziya verildi

Mədəniyyət və Turizm Nazirliyi ötən ay 7 mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.
Xəbərlər 1 Iyun 2015 00:00 3821
7 mehmanxanaya lisenziya verildi

Seyyah.az-ın Nazirliyə istinadən yaydığı məlumata görə, bunlar Bakıdakı "Premier Expo Hotel", "Bata-Bat" istirahət mərkəzi, Abşerondakı "Olimpik İdman və İstirahət Kompleksi" mehmanxanası, Qubadakı "Dağ Havası" istirahət mərkəzi, Qusardakı "MM Butik Otel", Şamaxıdakı "Göy Qurşağı" mehmanxanası, Oğuzdakı "LT Otel" mehmanxanasıdır. Bununla da, lisenziya ilə fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb.

OXŞAR XƏBƏRLƏR