5 mehmanxanaya dərəcə sertifikatı verildi

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Xəbərlər 1 Iyun 2015 00:00 1685
5 mehmanxanaya dərəcə sertifikatı verildi

Seyyah.az xəbər verir ki, nazirlik may ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.

Bakıdakı "Hilton Hotel Baku" mehmanxanası 5 ulduz, Şamaxıdakı "Samaxı Palace Platinum by Rixos" mehmanxanası 5 ulduz, Qəbələ rayonundakı "Qafqaz Resort Hotel" mehmanxanası 5 ulduz, "Duyma" mehmanxanası 4 ulduz, Mingəçevir şəhəridəki "River Side"mehmanxanası 4 ulduz sertifikatı alıb. 

Qeyd edək ki, bununla da Azərbaycan ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

OXŞAR XƏBƏRLƏR