“Malaysia Airlines” adını dəyişir

“Malaysia Airlines” aviaşirkəti köhnə adı altında fəaliyyətini dayandırıb.
Xəbərlər 2 Iyun 2015 00:00 1795
“Malaysia Airlines” adını dəyişir

Seyyah.az Fins.az-a istinadən xəbər verir ki, aviadaşıyıcı özünü texniki cəhətdən müflis elan edib, ştat siyahısında 30% ixtisara gedib və payızda kommersiya fəaliyyətinə başlayacaq yeni şirkətə çevrilib. Mart ayından operatorun yeni baş direktoru - İrlandiyanın “Aer Lingus” loukosterinin keçmiş rəhbəri Kristof Müller təyin edilib.

“Malaysia Airlines” 2014-ci ilin fəlakətlərindən yaranan zərərlərdən hələ də özünə gəlməyib. Martda bir təyyarə Hind okeanı üzərində izsiz yoxa çıxıb, iyulda isə digəri Ukraynada vurulub.

OXŞAR XƏBƏRLƏR