Rusiyanın daha bir şəhərindən - Bakıya Uçuşlar Başlayır

Rusiyanın daha bir şəhərindən - Bakıya Uçuşlar Başlayır
Xəbərlər 21 Iyun 2021 14:20 450
Rusiyanın daha bir şəhərindən - Bakıya Uçuşlar Başlayır

Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən Maxaçkaladan Bakıya birbaşa uçuşlara başlayır.

Seyyah.az xəbər verir ki, “İlk reys iyulun 4-də yerli vaxtla saat 01:05-də planlaşdırılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 03:15-də olacaq. Azərbaycanın paytaxtına uçuşlar hər həftə şənbə günüdən bazar gününə keçən gecə yerinə yetiriləcək”, - aeroportun mətbuat xidmətindən bildiriblər.

Uçuşlar “ Boeing 737-800” tipli təyyarələrlə yerinə yetirilir.

Biletləri aviadaşıyıcının saytından, bütün satış ofislərindən və iPhone и Android üçün tətbiqlər vasitəsilə əldə etmək olar.

Mənbə: İnterfaks

OXŞAR XƏBƏRLƏR