Saratovdan Bakıya aviareyslər - Açılacaq

Saratovdan Bakıya aviareyslər - Açılacaq
Xəbərlər 22 Iyun 2021 15:35 526
Saratovdan Bakıya aviareyslər - Açılacaq

Bu ilin iyul ayından Rusiyanın Saratov şəhərindən Azərbaycana aviauçuşlar həyata keçirilməyə başlanılacaq.

Seyyah.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, aviareyslər iyulun 4-dən etibarən Saratovun “Qaqarin” aeroportundan həyata keçiriləcək.

Bildirilir ki, 176 oturacaqlı “Boeing” təyyarələri Bakıya və geriyə istiqamətində bazar günləri uçuşlar edəcəklər. Belə ki, Bakıdan uçuş saat 13:40-da baş tutacaq və təyyarə Saratova yerli vaxtla saat 16:00-da çatacağı gözlənilir. Saratovdan Bakıya reyslər yerli vaxtla saat 18:00-də həyata keçiriləcək və Bakıya eniş 20:20-də olacaq.

Qeyd edək ki, bu, Saratovun “Qaqarin” aeroportundan Bakıya edilən ilk avireysdir və bu günə qədər bu hava limanından Bakı Aeroportuna uçuşlar həyata keçirilməyib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR