“Azimut” aviaşirkətinin reysi Azərbaycan orqanlarının qərarı ilə ləğv edilib

“Azimut” aviaşirkətinin reysi Azərbaycan orqanlarının qərarı ilə ləğv edilib
Xəbərlər 25 Iyun 2021 13:19 527
“Azimut” aviaşirkətinin reysi Azərbaycan orqanlarının qərarı ilə ləğv edilib

“Azimut” aviaşirkətinin iyunun 26-dan planlaşdırılan Krasnodar-Bakı reysi qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar ləğv edilib. Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

Seyyah.az xəbər verir ki, “Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə bütün yaz-yay naviqasiyası dövrü üçün uçuşlar ləğv edilib”, - deyə mətbuat xidmətindən bildiriblər.

Daha əvvəl verilən məlumata görə, “Azimut” aviaşirkətinin Rostov-Don-Bakı reysi də iyunun 23-də eyni səbəbdən ləğv edilib.

Aviaşirkət iyunun ikinci yarısından başlayaraq Rostov-Don, Krasnodar və Mineralnıe Vodıdan Bakıya uçuşlara başlamağı planlaşdırmışdı. Mineralnıe Vodıdan ilk reys iyunun 19-da yerinə yetirilib.

Mənbə: interfaks

OXŞAR XƏBƏRLƏR