Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur"

Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur"
Xəbərlər 1 Iyul 2021 14:02 505
Turizm Bürosu da AZAL-dan narazıdır: "Başqa ölkələrdə biletlər bizdən ucuzdur"

“Ölkədə xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır".

Seyyah.az xəbər verir ki, bunu aviabiletlərin qiymətlərinə münasibət bildirən Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib:

“Digər ölkələrdə aviabiletlər bizdəkindən ucuzdur. Əgər siz onlayn platformalarda qiymətlərə baxsanız görərsiniz ki, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan uçuşları ilə müqayisədə Türkiyə-Azərbaycan uçuşları bahadır. Turistlərin sayının artması üçün rəqabətli mühit olmalıdır. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. O cümlədən dövlət aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC) ilə əlaqədəyik. Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”, - deyə o, qeyd edib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR