“Turizm.Az” Travel Group tur menecer vəzifəsinə vakansiya elan edir. Seyyah.az xəbər verir ki, bu vəzifəni tutmaq üçün əsas Tələblər:
- Azərbaycan və Dünya coğrafiyası bilikləri
- Word və Excel kompyuter proqramları bilikləri.
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s.
- Ünsiyyətcil və səbrli olmaq, komandada işləmək bacarığı.
- Azərbaycan(əla), rus(əla) və ingilis(əla) dili bilikləri.
Əmək haqqı: 400 AZN + mənfəətin 10%-i. ( sınaq müddətindən sonra )
Sınaq müddəti: 1 ay təlim və 2 ay sınaq satış müddəti. Sınaq satış müddətində namizəd satışdan əldə olunmuş mənfəətin 20%-i həcmində mükafat alır.
Müraciət etmək istəyənlərdən xahiş olunur ki, yalnız məzunlar müraciət etsin və başlıqda “ATMU- 2015” yazaraq, CV-lərini (şəkil mütləqdir) murad@turizm.az elektron poçt ünvanına göndərsinlər.
Əlavə məlumat üçün bu nömrəyə zəng edə bilərsiniz: ( 012 ) 596 11 96 (daxili nömrə 200).