Müğənni Elnarə: "Bizdəki qonaqpərvərliyə heç yerdə rast gəlmədim"

Xəbərlər 11 Fevral 2014 00:00 2000
Müğənni Elnarə: "Bizdəki qonaqpərvərliyə heç yerdə rast gəlmədim"

Seyyah.az-ın bu dəfəki səyahət bələdçisi müğənni Elnarə Xəlilovadır.


 - Elnarə xanım, istirahətə vaxt tapırsız?

 - Bir o qədər yox, amma çox istərdim))

 - İstirahətə gedəndə hansı mahnını zümzümə edirssiz?

 - Sevdiyim milyonlarla mahnılardan biri ola bilər.

 - Yayda istirahət edə bilirsiz?

 

- Yay ən çox işlədiyim fəsildir. Hər kəs istirahət edəndə biz işləyirik.

 - Ümumiyyətlə istirahətə nə vaxt gedirsiz - mövsümdə, yoxsa yorulanda?

 - Yorulanda.

 - Harada istirahət etməyi xoşlayırsiz, xaricdə, yoxsa ölkə daxilində?

 - Xaricdə.

 - Azərbaycanın hansı bölgəsində olmusuz?

 Demək olar ki, hər yerində.

 - Ən çox harada istirahət etməyi sevirszi?

 - Lerik, Qəbələ, Qax, Lənkəran.

 - İstirahət sziznçün nədir? Yemək-yatmaq, yoxsa dağa dırmaşmaq, dənizdə qaralmaq?

 - İstirahət mənimçün ailə üzvlərimlə dincəlmək, düşüncələrdən, qayğılardan azad olmaqdır.

 - Bizim turizm obyektlərindəki vəziyyət szii qane edir? Qane etməyən olubsa nədir?

 - Məni qane etməyən yeganə bir şey - əsl azərbaycanlı kimi, yaxud, bir vətənpərvər kimi gözəl Azərbaycanın bütün dilbər guşələrindən lazımınca və yetərincə turizm obyektləri kimi istifadə edilməməyidir. Demək istəyirəm ki, bu qədər zəngin faydalı qazıntılara baxmayaraq, Allahın bizə nəsib etdiyi zəngin təbiəti də lazımınca və düzgün istifadə etmək olar. Bir çox ölkələr heç nələri olmaya-olmaya yalnız turizmlə irəli gedirlər. Biz də gərək sərvətlərimizin bir qədər qədrini bilək, onları qənaətlə istifadə etməyi öyrənək. Əvəzində ölkəmizə turistləri cəlb etməyi öyrənək.

 - İstirahət mərkəzlərində ən xoşunuza gələn və gəlməyən cəhətlər nədir?

 - Xoşuma gəlməyən cəhət bir sıra yerlərdə xidmətin düzgün aparılmamağı. Azərbaycanın bəzi iaşə obyektlərində, otellərdə, istirahət mərkəzlərində xidmətin səviyyəsi aşağıdır. Personalın peşəkarlığı artırılmalıdır. İstirahətə gedən adam avtomobilini hara saxlayacağını, oradan necə çıxaracağını bilmir, avtomobillər üçün xüsusi dayanacaqlar yoxdur.  Bu isə insanın istirahətini və rahatlığını pozur. Xoşuma gələn cəhət isə əsl qonaqpərvərliyimizdir - buna mən heç yerdə rast gəlmədim.

 - Bəs xarici ölkələrin hansında olmusuz? Orada xoşunuza gələn nədir?

 - ABŞ, Böyük Britaniya, İsrail, Türkiyə, Kipr, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Belorus, Rusiya, Hollandiya kimi ölkələrdə dəfələrlə oldum. Xaricdə ən çox xoşuma gələn cəhət insanların küçələri yaşadıqları mənzilləri qədər təmiz saxlamalarıdır.

 - Xaricdə ən xoşunuza gələn yer hansıdır?

 - Amsterdam. Velosiped yolu olduğuna görə))

 - Turist kimi xarici ölkədə olarkən hansısa problemlərlə üzləşmisiz?

 - Dil bildiyim üçün yaranan problemləri adətən özüm təkbaşına həll edə bilirəm.

 - Xaricdə gördüyünüz elə bir cəhət varmı ki, istərdiz ki, bizdə də olsun?

 - Təmizlik, yüksək peşəkarlıqla həyata keçirilən xidmət. Xaricdəki otellərdə, istirahət mərkəzlərində qonaqlara xidmətin səviyyəsi daha yüksəkdir. Burada söhbət ümumiyyətlə bütün personalın qonağa yanaşma tərzindən gedir. Xaricdə ən çox xoşuma gələn imkanlardan biri də parklama şəraitidir. Orada istirahətə gedən insanlar otel və istirahət mərkəzlərində yaradılan dayanacaqlardan rahatlıqla istifadə edə bilirlər. 

- Bu il harada istirahət edəcəksiz?

- Allah bilir))

 


 

OXŞAR XƏBƏRLƏR