Seyyah.az-ın məlumatına görə, “British Airways”in yeni açılmış istiqaməti üzrə ilk təyyarəsi mayın 28-də Kuala-Lumpur beynəlxalq hava limanında yerli vaxtla 14:35-də eniş edib. Uçuşlar gündəlik olaraq növbəli şəkildə uzun məsafələrə uçuş üçün nəzərdə tutulmuş və sərnişinlərə dörd sinif salon – mükafatlara layiq görülmüş yataqlarla təchiz olunmuş Birinci sinif və “Club World” biznes kabinələri, “World Traveller Plus” premium ekonom və “World Traveller” ekonom kabinələri - təklif edən Boeing 777-200ER təyyarəsi vasitəsilə həyata keçirilir.
Hollivud aktrisası Tan Sri Mişel Yeo, dünyaca tanınmış malayziyalı dəb dizayneri Datuk Cimmi Ço və britaniyalı super-model Corciya Mey Caqqerin iştirakı ilə “British Airways”in Malayziya istiqamətində uçuşlarının başlanmasına həsr olunmuş və cümə axşamı Kuala-Lumpurda keçirilən nağıl mövzulu foto sessiya şirkətin bu yeniliyinə əlavə qlamur və parlaqlıq qatıb.
Kuala-Lumpur möcüzəli bir məkandır. Burada gəzməli-görməli çox yer var: bütün şəhər boyunca səpələnmiş tarixi abidələr, çoxlu incəsənət qalereyaları, tanınmış qida mağazalarının yerləşdiyi küçələrdə ləziz delikateslərdən dadmaq olar.
Yeni reysin açılışını təntənəli şəkildə qeyd etmək üçün “British Airways” 28 may - 30 noyabr aralığında Kuala-Lumpurdan London, Böyük Britaniya və Avropaya uçuşlara 860 ABŞ dollarından başlayan xüsusi qiymətlər təklif edir.
Əlavə məlumat üçün “British Airways”in veb-səhifəsini ziyarət edin ba.com.