Xaricə gedənlərin nəzərinə!

Mədəniyyət və Turizm Nazirliyi yay mövsümünün başlanması ilə əlaqədar olaraq xaricə səyahət edəcək vətəndaşlara müraciət edib.
Xəbərlər 5 Iyun 2015 00:00 1377
Xaricə gedənlərin nəzərinə!

Seyyah.az-ın Nazirliyin rəsmi saytına istinadən məlumatına görə, bununla əlaqədar, qurum əhalidən turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etmələrini istəyir.

Bununla yanaşı, və yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşən vətəndaşlar Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR