100 milyonluq sərgidən - FOTOSESSİYA

İtaliyanın Milan şəhərində Azərbaycanın milli pavilyonla təmsil olunduğu "Milan Expo 2015" beynəlxalq sərgisi keçirilir. 
Xəbərlər 5 Iyun 2015 00:00 1025
100 milyonluq sərgidən - FOTOSESSİYA

Seyyah.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Olimpiya Oyunları və Dünya Çempionatından sonra ən mötəbər tədbir sayılan nümayişdə 145 ölkə iştirak edir. Onlardan 54-ü milli pavilyonla təmsil olunur. Biletləri 39 avroya olan sərgiyə 6 ay ərzində 30 milyondan artıq ziyarətçinin qatılacağı gözlənilir. “Milan Expo 2015” oktyabrın 31-dək davam edəcək.

Sərginin məqsədi sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir. Və əlbəttə ki, ümumdunya sərgisi hər bir ölkə ilə geniş tanışlıq imkanı yaradır.

Burada nümayiş olunan pavilyonların tikintisi  üçün 15 milyondan 100 milyona qədər vəsait  xərclənib. Azərbaycan, İtaliya, Qazaxıstan, Çin və bir çox ölkələrin pavilyonları maraqla qarşılanıb. Azərbaycan pavilyonu isə öz arxitektur quruluşu və burada təqdim olunan materialların məzmununa və təqdimat formasına görə artıq ziyarətçilərin sevimli məkanına çevrilib. Sərginin fəaliyyətə başladığı 1 ay ərzində milli pavilyonumuza 900 mindən çox ziyarətçi gəlib.

Qeyd edək ki, ölkəmiz “Milan Expo 2015” sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  təmsil olunur. Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" adlı nümayişdə ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunur. 

OXŞAR XƏBƏRLƏR