Bakı-Nijni Novqorod-Bakı aviareysi bərpa edilib

Xəbərlər 8 Iyun 2015 00:00 934
Bakı-Nijni Novqorod-Bakı aviareysi bərpa edilib

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) iyun ayının 6-dan etibarən Rusiyanın Nijni Novqorod şəhəri ilə Bakı arasında avia-əlaqəni bərpa edib.

“AZAL”-mətbuat xidmətindən seyyah.az-a bildiriblər ki, aviareyslər həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək.

Bakı-Nijni Novqorod-Bakı aviareysi Braziliya istehsalı olan 106 sərnişin tutumlu “Embraer-190” təyyarəsi ilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR