“Buta Airways"in Moskva-Bakı reysi - Gecikir

“Buta Airways"in Moskva-Bakı reysi - Gecikir
Xəbərlər 6 Avqust 2021 12:50 1064
“Buta Airways"in Moskva-Bakı reysi - Gecikir

Moskvanın “Jukovski” hava limanından Bakıya yerinə yetirilən “Buta Airways” aviaşirkətinin J2 9982 nömrəli reysi texniki səbəbdən gecikir.

Seyyah.az xəbər verir ki, “Buta Airways”dən  verilən məlumata görə, reysə 174 sərnişin qeydiyyatdan keçib. Onların daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Hava limanında olan və yola düşməyi gözləyən sərnişinlər içki və yeməklə təmin ediləcəklər.

Mənbə: Apa

OXŞAR XƏBƏRLƏR