Qırğızıstanla aviadaşımalar bərpa ediləcək

Xəbərlər 11 Fevral 2014 00:00 1353
Qırğızıstanla aviadaşımalar bərpa ediləcək

Beynəlxalq məsələlər üzrə komitənin iclasında qırğız deputatlar Qırğızıstan və Azərbaycan arasında aviadaşımalar ilə bağlı saziş layihəsini yenidən işlənməyə göndərib. AZE.az xəbər verir ki, Qırğızıstan Azərbaycan ilə hava nəqliyyatı ilə bağlı məsələləri nizamlamaq niyyətindədir. Bu barədə Beynəlxalq məsələlər ilə bağlı parlament komitəsinin iclasında Nəqliyyat və kommunikasiya nazirinin stats-katibi Maksatbek Dıykanov məlumat verib.

Onun sözlərinə görə, bu gün Qırğızıstan Respublikası 25 ölkə ilə aviauçuş həyata keçirir. “Qafqaz ilə, xüsusilə Azərbaycan ilə coğrafiyamızı genişləndirmək istəyirik” - deyə o, bildirib.

 Deputat Bahadır Süleymanov isə ikili vergi qoyma məsələsinin necə həll olunacağı ilə maraqlanıb. “Qırğızıstan və Azərbaycan arasında müvafiq razılaşma mövcud deyil. Belə çıxır ki, hökumət hüquqi ziddiyyət təşkil edən məsələləri aradan qaldırmalıdır. İlk öncə bu problemi aradan qaldırmaq lazımdır” – deyə deputat bildirib.

Nəqliyyat nazirliyinin nümayəndəsi çatışmazlıqları aradan qaldıracaqlarına dair vəd verib. İclasda sazişi yenidən işlənməyə göndərilmək barədə qərar qəbul edilib.

 
OXŞAR XƏBƏRLƏR