Şəkidə cənnət kimi «Resort Hotel Cannat Bağı» - Qiymətlər, Fotolar

Xəbərlər 9 Iyun 2015 00:00 19809
Şəkidə cənnət kimi «Resort Hotel Cannat Bağı» - Qiymətlər, Fotolar

Şəkidəki «Resort Hotel Cannat Bağı» oteli yeni kollektivin işlətməsi və bir sıra yenilikləriylə qonaqların istifadəsinə verilib. Otelin satış və marketinq xidmətindən Seyyah.az-a verilən məlumata görə, otel il boyu ərzində yerli və xarici qonaqların üzünə açıq olacaq.

 

«Resort Hotel Cannat Bağı» böyük Qafqaz daglarının ətəyində yerləşir. Burada 19 ailəvi kottec var. Ümumilikdə, qonaqların yerləşdirilməsi üçün 85 çarpayı mövcuddur. Əlavə çarpayılarla oteldə 90 nəfərin yerləşdirilməsi mümkündür. Oteldə müştərilərin istifadəsi üçün 100 nəfərlik restoran fəaliyyət göstərir. Restoranda, təbii məhsullardan hazırlanan Azərbaycan mətbəxi, xüsusilə də Şəki yeməkləri təklif edilir.

 

“Resort Hotel Cannat Bağı»nda özünüzü açıq havada, bir kənd atmosferində hiss edəcəksiniz. Sərin hava və dağ mənzərələri insanın dincəlməsi üçün idealdır. Otaglarda və kotteclərdə bütün imkanlar mövcuddur: onlar rahat çarpayılar, özəl vanna otagı, isti və soyuq su, istilik sistemi, TV, sputnik kanalları ilə təmin edilib. Gecə-qündüz mühafizə edilən otelin ərazisində istirahət edə və gözəl təbiətdən zovq ala bilərsiniz. 

Oteldə qiymətlər isə belədir: 4 nəfərlik kottecde iki nəfərin gecələməsi 50 manat, 4 nəfərin yerləsməsi 80 manat, 3 nəfərlik kottec isə 65 manatdır. 

 

Burada olmaq və ecazkar aləmi yaşamağa dəyər.

 

Əlavə məlumat və oteldə qonaq olmaq istəyənlər üçün əlaqə nömrəsi:


info@qonaq.net
fb.com/cbagiresort

OXŞAR XƏBƏRLƏR