Qonaqlara 50% endirim - AZAL

Xəbərlər 10 Iyun 2015 00:00 847
Qonaqlara 50% endirim - AZAL
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.

AZAL-ın Mətbuat xidmətindən  verilən məlumata görə, xarici ölkə vətəndaşları I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə bu ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50% endirimlə əldə edə biləcəklər.

Qonaqlar akkreditasiya vərəqələrini saxlayaraq yenidən Azərbaycana səfər edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR