Rusiyanın İrAero aviaşirkəti Gəncə-Naxçıvan-Gəncə reysini açır

Rusiyanın İrAero aviaşirkəti Gəncə-Naxçıvan-Gəncə reysini açır
Xəbərlər 10 Sentyabr 2021 11:04 109
Rusiyanın İrAero aviaşirkəti Gəncə-Naxçıvan-Gəncə reysini açır

 

Rusiyanın İrAero aviaşirkəti 16 sentyabrdan etibarən Gəncə-Naxçıvan-Gəncə reysini açacaq. Uçuşlar çümə axşamı olmaqla həftədə bir dəfə icara olunacaq. Hər şey daxil qiymət bir tərəfə 29 avrodan başlayır. Təyyarə Gəncədən Naxçıvana və əksinə Ermənistan üzərindən keçəcək və beləliklə uçuş müddəti cəmi 35-40 dəqiqə olacaq. İrAero bu uçuşda Rusiya istehsalı Sukhoi Superjet 100 təyyarəsini istifadə edəcək.

Qeyd edim ki, bu Azərbaycan tarixində bir ilkdir ki, xarici aviaşirkət ölkədaxili reys edir. THY də Gəncədən Naxçıvana və əksinə uçur, amma bu uçuşlar İstanbul reysinə sərnişin götürmək üçündür, yəni tək Gəncədən Naxçıvana bilet almaq mümkün deyil.

Mənbə: Azər İsmayıl

OXŞAR XƏBƏRLƏR