Azərbaycanda şərabçılıq turizmi - İnkişaf Etdiriləcək

Azərbaycanda şərabçılıq turizmi - İnkişaf Etdiriləcək
Xəbərlər 24 Sentyabr 2021 12:38 75
Azərbaycanda şərabçılıq turizmi - İnkişaf Etdiriləcək

Azərbaycanın Şimal, Qərb və Şimal-Qərb turizm marşrutları üzrə 25 şərab zavodu mövcuddur.

Seyyah.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.

Onun sözlərinə görə, Büro şərabçılıq turizminin inkişafını dəstəkləmək üçün www.azerbaijanwine.com adlı sayt yaradıb, bundan başqa, koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilmiş şərab festivalını bərpa etmək niyyətindədir: “Ümid edirəm ki, gələn il yenidən şərab festivalı baş tutacaq”.

ATB rəsmisi həmçinin deyib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndinin ərazisi şərab zonası olacaq: “Məsələn, vaxtilə Tuğda şərabçılıq müəssisəsi olub və o, bərpa olunacaq".

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR