Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına - DƏYİŞİKLİK EDİB

Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına - DƏYİŞİKLİK EDİB
Xəbərlər 6 Dekabr 2021 10:32 978
Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına - DƏYİŞİKLİK EDİB

Böyük Britaniya ölkəyə giriş qaydalarına dəyişiklik edib.

Seyyah.az xəbər portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinə esasən məlumat verir.

Qeyd olunur ki, bundan sonra Böyük Britaniyaya səfər edən şəxslər 48 saatdan gec olmayan mənfi test nəticələrini təqdim etməlidir. Bu sənəd turistlərin peyvənd olunub-olunmamasından asılı olmayaraq tələb olunacaq, istisna yalnız 12 yaşdan aşağı uşaqlara şamil ediləcək.

Xatırladaq ki, oktyabr ayında Böyük Britaniya Azərbaycanı vaksin sertifikatı olduğu təqdirdə vətəndaşların ölkəyə giriş hüququ olan dövlətlər siyahısına daxil etmişdi. Yeni qaydalara əsasən, Azərbaycandan daxil olan vətəndaşlar vaksin olunduğu halda belə mənfi test nəticəsi təqdim etməlidir.

Hazırda Böyük Britaniya "Oxford/AstraZeneca", "Pfizer BioNTech", "Moderna" və "Janssen" peyvəndlərinin sertifikatını tanıyır.

OXŞAR XƏBƏRLƏR