AZAL uçuşların sayını artırır-Bakı-Pekin-Bakı aviareysi üzrə

Fevralın 16-dan etibarən uçuşların sayı həftədə 3 dəfə olacaq
Xəbərlər 13 Fevral 2014 00:00 870
AZAL uçuşların sayını artırır-Bakı-Pekin-Bakı aviareysi üzrə

Fevralın 16-dan etibarən "Azərbaycan Hava Yolları-AZAL" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Pekin-Bakı aviareysi üzrə birbaşa uçuşların sayını artıraraq həftədə 3 dəfə edəcək. Bu barədə "Azərtac"-a Səhmdar Cəmiyyətin Pekindəki nümayəndəliyindən məlumat verilib.

Uçuşlar həftənin çərşənbə axşamı, cümə və bazar günləri yerli vaxtla 19:20-də Bakıdan, çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerli vaxtla 01:00-da Pekindən reallaşacaq.

Bu istiqamətdə uçuşlar Airbus A340-500 tipli müasir və komfortlu təyyarə ilə həyata keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR