Azərbaycanın bölgələrində turizm bələdçiləri sertifikatlaşdırmadan - KEÇƏCƏK

Azərbaycanın bölgələrində turizm bələdçiləri sertifikatlaşdırmadan - KEÇƏCƏK
Xəbərlər 7 Dekabr 2021 12:37 953
Azərbaycanın bölgələrində turizm bələdçiləri sertifikatlaşdırmadan - KEÇƏCƏK

“2017-ci ildən Azərbaycanda istənilən şəxs turizm bələdçisi kimi işləyə bilir, bu isə turistlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır”.

Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev deyib.

“Bir çox bələdçilər sertifikatlaşdırmanın arzusunda olub. Assosiasiyanın bələdçiliyin keyfiyyətinin artırılması istiqamətində iki layihəsi var. Bunlardan biri “Turizm bələdçisinin şərh kitabçası”dır ki, burada turistik obyektlər və qoruqlar haqqında məlumatlar toplanıb bələdçilərə təqdim edilib. Bu, turizm bələdçiləri üçün vacib amildir ki, getdikləri obyektlər haqqında eyni məlumatı versinlər. Digər tərəfdən, kim sertifikatlaşdırmadan keçməyibsə, yəni bələdçi vəsiqəsi yoxdursa muzeylərə daxil olanda çətinlik çəkəcək və bu da işin keyfiyyətinə təsir edir. Nəticədə saxta bələdçilər azalacaq”, - deyə o, qeyd edib.

T.Musayevin sözlərinə görə, turizm bələdçiləri sertifikatlaşdırmanın bölgələr üzrə həyata keçirilməsini istəyirlər: "Rayonlardakı bələdçiləri Assosiasiyanın üzvüdürlər. Bu vaxta qədər 7 regionda təlim keçmişik və təlimdə iştirak edən 30 nəfərdən 20-si imtahandan keçib. Əgər bu sertifikatlaşdırmanı ölkə üçün tətbiq etsək, o zaman Bakıdan gedən bələdçilər digərlərinin işləməyinə mane olacaq. Ona görə də biz region üzrə belə sertifikatlaşdırmanın keçirilməsini istəyirik. Bu isə layihə kimi yazılmalı, konkret bölgəyə məxsus turizm bələdçisi ekspert kimi işə cəlb olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR