Azərbaycanda turizm bələdçiləri üçün akkreditasiya - 200-500 MANATA BAŞA GƏLƏCƏK

Azərbaycanda turizm bələdçiləri üçün akkreditasiya - 200-500 MANATA BAŞA GƏLƏCƏK
Xəbərlər 7 Dekabr 2021 12:45 983
Azərbaycanda turizm bələdçiləri üçün akkreditasiya - 200-500 MANATA BAŞA GƏLƏCƏK

“Azərbaycanda aktiv turizm bələdçilərii 3 ildən bir akkreditasiyadan keçməlidir”.

Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, bunu turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.

“Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək.

“Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, - deyə o, qeyd edib.

T.Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb: "Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük".

OXŞAR XƏBƏRLƏR