Avropa Oyunları muzeyi yaradılacaq - Bakıda

Xəbərlər 16 Iyun 2015 00:00 719
Avropa Oyunları muzeyi yaradılacaq - Bakıda

Bakı Olimpiya Stadionunda Avropa Oyunları muzeyi yaradılacaq. Seyyah.az Trend-ə istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, muzeyin açılışı I Avropa Oyunları başa çatdıqdan sonra olacaq: “Muzey əsasən açılış mərasimində istifadə edilən müxtəlif paltarlar və digər əşyalardan təşkil olunacaq. Avropa Oyunlarına həsr edilən ayrıca muzey olmayacaq. Lakin Olimpiya muzeyinin inşası başlayıb ki, ölkənin bütün idman tarixi burada əks olunacaq”.

OXŞAR XƏBƏRLƏR