Rayonlarda otellərin “Yeni il” qiymətləri – 3 GECƏYƏ 8 000 MANAT

Rayonlarda otellərin “Yeni il” qiymətləri – 3 GECƏYƏ 8 000 MANAT
Xəbərlər 8 Dekabr 2021 13:41 912
Rayonlarda otellərin “Yeni il” qiymətləri – 3 GECƏYƏ 8 000 MANAT

Yeni ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.

Seyyah.az xəbər portalı Banker.az-a istinadən Booking.com-dan bölgələrimizdə bir otaqlı və iki çarpayıdan ibarət olan kurortları və qiymətlərin siyahısını təqdim edir.

“Quba Palace” Hotel – 31.12- 02.01 tarixinə olan Otaq növü və Qiymət cədvəlini sizə təqdim edirik: Dağ Mənzərəli otaq (2 nəfərlik) 1550 AZN, Göl Mənzərəli otaq (2 nəfərlik) 1650 AZN Junior suite (2 nəfərlik) 1750 AZN Honeymoon suite (2 nəfərlik) 1850 AZN-dir. Qiymətlərə 31 dekabr günorta yeməyi və Xüsusi Şam yeməyi, 1 yanvar tarixində səhər yeməyi və şam yeməyi, 2 yanvar tarixində səhər yeməyi daxildir;

quba palace hotel


Lankaran Springs Wellness Resort – Bu oteldə 29, 30 dekabvr və 1 yanvar tarixlərində boş yer yoxdur, 27-28 dekabr tarixinə isə 2 nəfərlik “standart double” otaq səhər yeməyi ilə birlikdə 185 AZN təşkil edir.

Lankaran Springs Wellness Resort


Shahdag Hotel& Spa – Şahdağ Hotel Spa -da 30-31 dekabrda 1 gecəlik 310 AZN, 29-31 dekabrda səhər yeməyi də daxil olmaqla 2 nəfərlik 515 AZN təşkil edir.

shahdag otel spa


Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Oteldə 2 nəfərlik Yeni il qiymətləri belədir: 29-30 dekabr 245 AZN, 31 dekabrdan artıq 5 yanvara qədər yerlər dolub.

qafqaz tufandag


Qafqaz Riverside Otel – Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Oteldə 31 dekabr-2 yanvar tarixlərində 2 nəfərlik səhər yeməyi də daxil olmaqla1 260 AZN-dir. 31 dekabr-1 yanvar tarixlərində isə boş yer yoxdur.

qafqaz riverside


Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə,  Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. 2 nəfər üçün 29-30 dekabr tarixində 203 AZN təşkil edir.

qalaalti


Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektardır. 29-30 dekabrda 1 gecə 2 nəfərlik 178 AZN, 30-31 dekabr 214 AZN təşkil edir.

shamaxhi palace


Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. 29 dekabr-1 yanvar tarixlərində 3 gecə 2 nəfərlik 1 otaq 8 001 manatdır.

chenot palace


Qafqaz Resort Hotel – Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının mənsəbində  yerləşir. 29 dekabr-30 yanvar tarixlərində 2 nəfərlik 1 otaq 190 AZN-dir.

qafqaz resort hotel


Pik Palace Shahdag – 29-30 dekabr tarixlərində oteldə 1 gecəyə səhər yeməyi də daxil olmaqla “deluxe king” otaq 385 AZN təşkil edir. 31 dekabr, 1 yanvarda isə oteldə boş yer yoxdur.

pik palace shahdag bankeraz


Park Chalet Hotel, Shahdag – Bu oteldə 29-30 dekabr 2 nəfərlik deluxe böyük yataqlı otaq səhər yeməyi də daxil olmaqla 280 AZN, 29 dekabr-31 dekabr tarixlərində isə deluxe otaq 580 AZN təşkil edir.

park chalet

 

OXŞAR XƏBƏRLƏR