Azərbaycana uçuşlar reallaşdıran aviaşirkət İtaliyada - 2 AVRODAN BİLET SATIR

Azərbaycana uçuşlar reallaşdıran aviaşirkət İtaliyada - 2 AVRODAN BİLET SATIR
Xəbərlər 11 Dekabr 2021 23:02 990
Azərbaycana uçuşlar reallaşdıran aviaşirkət İtaliyada - 2 AVRODAN BİLET SATIR

Macarıstanın aşağı büdcəli aviaşirkəti - “WizzAir” İtaliyanın 5 şəhərindən müxtəlif istiqamətlərdə simvolik məbləğə uçmaq istəyənlər üçün kampaniya keçirir.

Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, kampaniyanın şərtlərinə görə, loukoster 10 min birtərəfli aviabileti 2 avrodan (təxminən 4 manatdan) satışa çıxarıb.

"Su qiymətinə" biletlər gələn il fevralın 22-nə qədər həyata keçiriləcək uçuşlara aiddir.

Xatırladaq ki, “WizzAir” Azərbaycana da uçuşlar reallaşdırır. Aviaşirkət Bakı-Budapeşt-Bakı və Bakı-Dubay-Bakı reyslərini həyata keçirir.

 

OXŞAR XƏBƏRLƏR