Endirim aksiyası - Şəkidəki “Küngüt Hotel & Resort” oteldə

Xəbərlər 16 Iyun 2015 00:00 6206
Endirim aksiyası - Şəkidəki “Küngüt Hotel & Resort” oteldə

 

Şəkinin Baş Küngüt kəndində yerləşən “Küngüt Hotel & Resort” oteli  dincəlmək və sərfəli qiymətlərlə istirahət etmək istəyənlər üçün yeni endirim aksiyası elan edib.  Oteldən seyyah.az-a verilən məlumata görə, indi gündə üç dəfə (səhər, günorta, axşam) qidalanma da daxil olmaqla “Küngüt Hotel & Resort”-də bir nəfərin qalması 40 manata başa gəlir.

 

“Küngüt Hotel & Resort” Şəkinin şimal-şərqində, şəhərdən 20 km aralı, Şəki-Oğuz-Bakı əsas magistral yolundan 6 km şimal istiqamətdə, Baş Küngüt kəndində yerləşir. Bu coğrafi məkan Böyük Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.

 

Oteldə 2 nəfərlik 5 standart, 5 lüks otaq var. Ümumilikdə qonaqların yerləşdirilməsi üçün 31 çarpayı var. Əlavə çarpayılarla oteldə 40 nəfərin yerləşdirilməsi mümkündür. Oteldə müştərilərin istifadəsi üçün 80 nəfərlik restoran fəaliyyət göstərir. Restoranda yerli, təbii məhsullardan hazırlanan Azərbaycan mətbəxi, xüsusilə də Şəki yeməkləri təklif edilir.

 

 “Küngüt Hotel & Resort” oteli hər tərəfdən meşələr və sıldırım qayalarla əhatə olunub. Qonaqların istirahətini daha da əyləncəli etmək uçün oteldə bilyard, stolüstü tennis zalı da var. Otel müştərilərinə müxtəlif turlar, yaxınlıqdakı qədim “Əli” qalasına ekskursiya və atla gəzinti də təklif edir.

Burada olmaq və ecazkar aləmi yaşamağa dəyər.

 

Əlaqə məlumat və oteldə qonaq olmaq istəyənlər üçün əlaqə nömrəsi:

+994 51 844 44 13

admin@kungut.az

fb.com/kungut.resort

 

 

 

OXŞAR XƏBƏRLƏR