Milli Məclisdə aviabiletlərin qiymətlərinin baha olması - MƏSƏLƏSİ QALDIRILIB

Milli Məclisdə aviabiletlərin qiymətlərinin baha olması - MƏSƏLƏSİ QALDIRILIB
Xəbərlər 14 Dekabr 2021 12:32 885
Milli Məclisdə aviabiletlərin qiymətlərinin baha olması - MƏSƏLƏSİ QALDIRILIB

 

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.

Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.

Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”.

OXŞAR XƏBƏRLƏR