Agentlik sədri: “Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”

Agentlik sədri: “Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”
Xəbərlər 14 Dekabr 2021 16:35 873
Agentlik sədri: “Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”

“Bu gün deputatların turizmlə bağlı səsləndirdiyi bir çox məsələlər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb”.

Seyyah.az  xəbər portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, turizmlə bağlı Strategiyada yer alan məsələlərin tez bir zamanda həll olacağına ümid edirlər: “Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı əhəmiyyətli şəkildə artırıb. Digər məqam turizm sektorunda istehlakçı hüquqlarının qorunması və xidmətin keyfiyyəti ilə bağlı problemdir. Hotellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Bu istiqamətdə də inkişafa nail olmaq üçün normativ bazanın yaradılması vacibdir. Yeni qanun turizm sektorunda davamlı inkişafı dəstəkləməlidir”.

Eləcə də bax,"AZAL qiymətləri endirməyəcək. Gözləyirəm, İrəvandan İstanbula 80 manata uçum" - DEPUTAT

Spiker Sahibə Qafarova isə deyib ki, deputatların qaldırdıqları məsələlərin həll olunacağına əmin olmaq istəyirlər: “Deputatların təklifləri qəbul edilsə, bu, ancaq turizmin inkişafına dəstək olacaq”.

OXŞAR XƏBƏRLƏR