"Azərbaycan hotelləri "hər şey daxil" prinsipi ilə xidmət göstərməyə hazır deyil"

"Azərbaycan hotelləri "hər şey daxil" prinsipi ilə xidmət göstərməyə hazır deyil"
Xəbərlər 17 Dekabr 2021 10:40 623
"Azərbaycan hotelləri "hər şey daxil" prinsipi ilə xidmət göstərməyə hazır deyil"

"Azərbaycanda çimərlik turizmi kifayət qədər inkişaf etmədiyi üçün Azərbaycanda hotellər "hər şey daxil" ("all inclusive") prinsipi ilə xidmət göstərməyə hazır deyil".

Seyyah.az xəbər portalı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, bu növ turpaketin hədəf auditoriyası əsasən yay mövsümündə çimərlik tətilinə üstünlük verən ailələrdir.

"Ölkədə çimərlik turizmi xüsusilə inkişaf etməyib. Məsələn, Türkiyədə bu xidmətin inkişafının səbəbi odur ki, bu ölkədə daha çox hotel və turist var. Azərbaycanda çimərlik turizminə gələn insanlar isə ya ev, ya da mənzil kirayələyirlər", - deyə F. Zenqstşmid qeyd edib.

OXŞAR XƏBƏRLƏR