Füzulidən xaricə - UÇUŞLAR BAŞLAYIR - İLK DƏFƏ

Füzulidən xaricə - UÇUŞLAR BAŞLAYIR - İLK DƏFƏ
Xəbərlər 20 Dekabr 2021 17:14 953
Füzulidən xaricə - UÇUŞLAR BAŞLAYIR - İLK DƏFƏ

"Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana yeddi reysin yerinə yetirilməsi üçün üç aviaşirkətə icazə verib.

Seyyah.az xəbər portalı İnterfaks-a istinadən xəbər verir ki,, ötən həftə iclasın yelunlarına dair “Rosaviasiya” “Azur Eyr”, “Severnıy veter”, “İrAero” aviaşirkətlərinə Azərbaycana reyslərə icazə verməyə dair qərar qəbul edib.

“Rosaviasiya”nın qərarına əsasən, “İrAero” hər biri həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reyslərinin yerinə yetirilməsinə icazə verib.

Bundan əlavə, “Azur Eyr” Rusiyanın 4 şəhərindən Bakıya reyslərin hər biri həftədə iki dəfə olmaqla yerinə yetirilməsinə icazə verib: Samara, Rostov-na Donu, Krasnodar, Kazan

“Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə olmaqla Soçi-Bakı reysinin yerinə yetirilməsinə icazə alıb.

Xəbər verildiyi kimi, Füzuliyə ilk sınaq uçuşu 2021-ci il sentyabrın 5-də həyata keçirilib. Oktyabrın 15-də Azərbaycan Respublikasınınbaş naziri Əli Əsədov Füzuli Hava Limanına beynəlxalq statusun verilməsi haqqında sərəncam imzalayıb. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR