Parlament ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini - TƏSDİQLƏYİB

Parlament ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini - TƏSDİQLƏYİB
Xəbərlər 27 Dekabr 2021 16:32 901
Parlament ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini - TƏSDİQLƏYİB

Milli Məclis ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini təsdiq edib.

 Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə - fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə - iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..

Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə - üç yüz manat məbləğində cərimə ediləcək.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə - iki yüz manat məbləğində cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR