"Park Cinema"dan bonus qazan - CHEK-İN

Xəbərlər 17 Iyun 2015 00:00 1187
"Park Cinema"dan bonus qazan - CHEK-İN

Müasir zamanda sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnstagram-a şəkil qoymaq, Facebook-da check-in etmək - bütün dünyada yüz milyonlarla sosial şəbəkələr istifadəçilərinə adi bir hala çevrilib.

Əlbəttə ki, dostları ilə kinoteatra gələnlər baxdıqları kinonu da qeyd edirlər. Check-in etmək həvəsində olan kinomanlar üçün Azərbaycanın ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsi "Park Cinema" aksiya elan edir.

 

İndən belə, Park Cinema | Flame Towers və Park Cinema | Zagulba-da Check-in edərək Siz bonus kartınıza bilet qiymətinin ikiqat məbləğinin faizini qazanacaqsınız. Bunun üçün Siz Facebook və ya İnstagram-da Park Cinema-da (Flame Towers və ya Zagulba) olduğunuzu qeyd etməli və bunu bilet aldığınız zaman kassirə təqdim etməlisiniz. Çox rahat və həqiqətən sərfəli.

 

Nəticədə, Check-in Sizin standart bonus kartınıza 7,5% əvəzi  15%, qızıl kartınıza 10% əvəzi 20%, platinum kartınıza isə 12,5% əvəzi 25% qazandıracaq. Bunu da qeyd edək ki, həmin aksiya Flame Towers-də İMAX formatlı seanslara şamil olunmur, və standart 2D və 3D formatlı seanslara tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR