Azərbaycanda fəaliyyətə başlayan hotellərdən 6 ay ərzində ulduz kateqoriyası - TƏLƏB OLUNACAQ

Azərbaycanda fəaliyyətə başlayan hotellərdən 6 ay ərzində ulduz kateqoriyası - TƏLƏB OLUNACAQ
Xəbərlər 27 Dekabr 2021 16:36 1042
Azərbaycanda fəaliyyətə başlayan hotellərdən 6 ay ərzində ulduz kateqoriyası - TƏLƏB OLUNACAQ

Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə edəcəklər.

Seyyah.az xəbər portalı Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 27-də III oxunuşda qəbul etdiyi "Turizm haqqında" yeni qanunda əksini tapıb.

Qeyd edilib ki, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılmalıdır. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

OXŞAR XƏBƏRLƏR