Moskvadan Qəbələyə uçuşlar başlayır - QİYMƏT

Moskvadan Qəbələyə uçuşlar başlayır - QİYMƏT
Xəbərlər 29 Dekabr 2021 10:28 1152
Moskvadan Qəbələyə uçuşlar başlayır - QİYMƏT

Rusiyanın "Nordwind" aviaşirkəti Moskva-Qəbələ müntəzəm sərnişin aviareysi üzrə biletlərin satışına başlayıb.

Seyyah.az xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, uçuşlar 2022-ci il yanvarın 16-dan hər həftənin bazar günləri "Boeing-737-800" təyyarələri ilə həyata keçiriləcək.

Moskvadan uçuş yerli vaxtla saat 00:10-da, Qəbələdən isə saat 05:20-də yerinə yetiriləcək.

Seyyah.az -ın məlumatına görə, "Nordwind" aviaşirkəti ilə Moskva-Qəbələ uçuşları Moskvanın Şeremetyevo aeroportunda yerinə yetiriləcək. Uçuş qiyməti isə hər iki tərəfə təqribən 260 dollar (442 manat) təşkil edir. 

OXŞAR XƏBƏRLƏR