“Buta Airways” üzrə minimal tarif 29 avroya endirildi

“Buta Airways” üzrə minimal tarif 29 avroya endirildi
Xəbərlər 14 Yanvar 2022 17:44 1112
“Buta Airways” üzrə minimal tarif 29 avroya endirildi

Qiyməti 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa etdik! Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

 "Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

"Büdcə" tarifi aviaşirkətin bütün xüsusi reyslərində qüvvədədir.

OXŞAR XƏBƏRLƏR