Fransa Səfirliyinə viza üçün müraciət edən - vətəndaşların nəzərinə!

Xəbərlər 18 Iyun 2015 00:00 1202
Fransa Səfirliyinə viza üçün müraciət edən - vətəndaşların nəzərinə!

Yay fəsli ilə əlaqədar Fransa Səfirliyinin Konsulluq Şöbəsinə ünvanlanan viza müraciətləri əhəmiyyətli sayda artıb və bununla bağlı Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar.

Səfirlikdən seyyah.az-a verilən məlumata görə, viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş günüdür. Təqdim olunmuş viza müraciətlinin Konsulluq tərəfindən baxılması üçün isə 3 iş günü zəruridir. Konsulluğun işçi heyəti, peşəkar yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına, səfərin hazırlanması zamanı, bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyyə edir.

OXŞAR XƏBƏRLƏR