"British Airways"-dən Sevgililər Günü ilə bağlı qiymət endirimi

Endirimlər fevralın 16-dək davam edəcək
Xəbərlər 13 Fevral 2014 00:00 1921
"British Airways"-dən Sevgililər Günü ilə bağlı qiymət endirimi

“British Airways” aviaşirkəti sevgililər günü hesab olunan Müqəddəs Valentin günü ərəfəsində Azərbaycanda London, Avropa və Şimali Amerika istiqamətində uçuşlara xüsusi endirim tariflərinin tətbiqinə start verib. Seyyah.az xəbər verir ki, aviaşirkət “Premium” sinfində uçuşlar üçün xüsusi qiymət endirimlərinin tətbiqinə başlayıb.

 

“British Airways”ın endirimlərindən yanvarın 27-dən fevralın 16-dək yararlanmaq olacaq. Turistlər xüsusi tariflə alınmış biletlərlə fevralın 1-dən iyulun 31-dək səyahət edə biləcəklər. Böyük Britaniya və Avropa istiqamətində “Premium” sinif salonuna olan aviabiletlər 1 932 avrodan, ABŞ və Kanada istiqamətində isə 2 718 avrodan başlayır. 


Məlumatda bildirilir ki, “British Airways”ın London və digər istiqamətləri üzrə cədvəllə aviaşirkətin www.ba.com internet səhifəsində tanış olmaq mümkündür. Eyni zamanda, burada ən aşağı tariflərlə biletləri rezervasiya edib və ya onlayn əldə etmək, həmçinin aviareysə qeydiyyatdan keçmək olar.

 

 

OXŞAR XƏBƏRLƏR