Surqut-Lənkəran aviareysi bərpa ediləcək

Aviareyslər iki həftədən bir bazar günləri həyata keçiriləcək
Xəbərlər 23 Iyun 2015 00:00 1214
Surqut-Lənkəran aviareysi bərpa ediləcək

Rusiyanın “UTair” aviaşirkəti 5 iyul tarixindən Surqut-Lənkəran aviareysi üzrə uçuşları bərpa edəcək.

"İnterfaks"ın məlumatına görə, aviareyslər "Boeing 737-500" layneri ilə həyata keçiriləcək. Uçuşlar Surqutdan yerli vaxtla saat 15:10-da, Lənkərandan isə 20:40-dan yerinə yetiriləcək.

Aviareyslər iki həftədən bir bazar günləri həyata keçiriləcək. Uçuşa 4 saat 30 dəqiqə sərf olunacaq.

OXŞAR XƏBƏRLƏR