Gəncədən Antaliyaya aviareys açılacaq

Xəbərlər 13 Fevral 2014 00:00 1507
Gəncədən Antaliyaya aviareys açılacaq

Builki turizm mövsümündə Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncədən Türkiyənin Antaliya bölgəsinə birbaşa aviareysin açılması planlaşdırılır. Bu barədə Bakupost.az-a ölkənin milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bilet satışı üzrə eksklüziv agenti sayılan “SW Travel” şirkətinin direktoru Şirzad Əfəndiyev məlumat verib.

Onun sözlərinə görə, uçuşlar AZAL-a məxsus təyyarələrlə yay aylarında həyata keçiriləcək. Gəncə-Antaliya aviareysinin təşkil olunmasında əsas məqsəd Azərbaycanın bölgələrində yaşayan və Antaliyada dincəlmək istəyən turistlərə daha əlverişli şərait yaratmaqdır.

 
OXŞAR XƏBƏRLƏR