Daxili aviareyslərdə qiymətlər dəyişdi

Bakıdan Gəncəyə uçuş 5 manat bahalaşaraq 35 manat olub
Xəbərlər 24 Iyun 2015 00:00 1065
Daxili aviareyslərdə qiymətlər dəyişdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yerli aviareyslər üzrə biletlərin qiymətlərini dəyişib. Seyyah.az fins.az-a istinadən xəbər verir ki, bu barədə AZAL-ın satış agenti olan “SW Travel” şirkətindən bildirilib.

Dəyişikliyə əsasən, Bakıdan Gəncəyə uçuş 5 manat bahalaşaraq 35 manat olub. Amma ikitərəfli bilet almaq üçün 70 manat deyil, 65 manat ödəmək lazımdır.

Bundan başqa, Bakı-Qəbələ aviaresyi 13 manat ucuzlaşaraq 35 manat olub. Bu istiqamətdə də ikitərəfli biletin qiyməti 65 manatdır.

Bakı-Naxçıvan aviareyinin qiyməti isə dəyişməyib. Muxtar Respublika istiqamətində birtərəfli uçuş 50 manata, ikitərəfli uçuş isə 100 manata başa gəlir.

OXŞAR XƏBƏRLƏR