Üzən nömrələrli otel olacaq- fotolar

Burada kiçik lobbi, tədbirlər üçün zal, restoran, kafe və gəmilərin yan aldığı iki körpü var
Xəbərlər 25 Iyun 2015 00:00 2184
Üzən nömrələrli otel olacaq- fotolar

Siz bu hotelə gələcək, nömrədə yerləşəcək, daha sonra nömrə ilə birlikdə sahildən uzaqlaşacaq və hansı mənzərəli yerdə yaşayacağınızı, üzəcəyinizi, balıq tutacağınızı, gözəl mənzərəyə tamaşa edəcəyiniz yeri özünüz seçəcəksiniz. 

Seyyah.az-ın " SalamNews"-a istinadən verdiyi xəbərə görə, hazırda "Salt & Water" şirkəti tərəfindən düşünülən hotel reallığa çevrilməyə hazırlaşan konsepsiyadır. 

Sahildə mehmanxana bazası yerləşir. Burada kiçik lobbi, tədbirlər üçün zal, restoran, kafe və gəmilərin yan aldığı iki körpü var.

Bu, ayrıca katamaran nömrədir. Siz bütün istirahət müddətində bir yerdən başqa yerə köçə bilərsiniz.

Körpüyə ayrı-ayrı nömrələr bərkidilir. Onlar istənilən vaxt bazanı tərk edə və göldəki ən mənzərəli və romantik məkanın axtarışı üçün səyahətə çıxa bilər. Bura mehmanxana nömrəsindən daha çox hər gün pəncərədən görünüşü dəyişən kiçik evə bənzəyir. Nömrələrdə muxtar mövcudluq üçün zəruri olan hər şey var: mətbəxli qonaq otağı, vanna otağı, yataq otağı, çimərlik göyərtəsi, açıq terras və "kapitan körpücüyü". Hər nömrə 2-4 nəfər üçün hesablanıb. Üzmək, dayvinq, balıq ovu - bunlar burada realdır.  

 

OXŞAR XƏBƏRLƏR