Bakıdan Monteneqroya çarter aviareysi açıldı

Aprel-sentyabr ayları ərzində Monteneqro Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib
Xəbərlər 25 Iyun 2015 00:00 1576
Bakıdan Monteneqroya çarter aviareysi açıldı

Bu gündən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə) çarter aviareysi açılıb. Seyyah.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, bu gündən iyulun 23-nə qədər həftədə bir dəfə - cümə axşamı günləri Bakıdan saat 13:45-də reallaşacaq reyslər müxtəlif turpaketlər daxilində satılır.

Reyslər iyulun 24-dən avqustun sonuna qədər isə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri təşkil olunacaq.

Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 8 gün gecələmək və qida xidmətləri daxil olmaqla 1 990 manat, 4 ulduzlu hotel üçün - 2 244 manat, 5 ulduzlu hotel üçün isə 4 464 manatdan başlayır. 

Qeyd edək ki, aviareyslər "Montenegro Airlines" şirkəti tərəfindən "Embraer-190" təyyarəsi ilə həyata keçirilir. Bu ilin aprel-sentyabr ayları ərzində Monteneqro Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib.

OXŞAR XƏBƏRLƏR